Accessibility links

Putin miqrasiya siyasətinə dair konsepsiya imzalayıb


Rusiya prezidenti Vladimir Putin oktyabrın 31-də 2019-2025-ci illər üçün Miqrasiya siyasətinin yeni konsepsiyasına dair sərəncam imzalayıb. Bu dəyişiklik xaricdə olan həmvətənlərin vətəndaşılıq əldə etməsini asanlaşdırmalıdır.

“Hal-hazırda bu sahədə olan bir sıra problemlər və bürokratik sədlər stsfsn qaldırılıb”, deyə Putin vurğulayıb.

Son aylarda vətənə dönmək arzusunda olanların sayının artdığını müşahidə edirik.
Vladimir Putin, Rusiya Federasiyasının prezidenti

Rusiya prezidenti xaricdə yaşayan rusiyalı həmvətənlərin beynəlxalq konqresində çıxışı zamanı qeyd edib ki, yeni konsepsiya xaricdə yaşayan həmvətənlərin daimi yaşayış məqsədilə Rusiyaya köçməsi prosesi üçün daha rahat şərtlər, həmçinin "ölkəyə giriş, yaşayış, işləmək və Rusiya vətəndaşlığını əldə etmək üçün aydın qaydalar" təklif edir.

Konsepsiya həmçinin Rusiyadakı həmvətənlərin könüllü köçürülməsi proqramının inkişafını tənzimləyir. Xüsusilə də:

  • istənilən mütəxəssislərin, o cümlədən alimlər, müəllimlər, mühəndislər, həkimlər, fermerlər, sahibkarlar, investorlar, görkəmli mədəniyyət və incəsənət işçilərinin könüllü şəkildə köçürülməsi şərtlərinə düzəlişlər edilib;
  • xarici təhsil təşkilatlarından müəllimlərin dəvət edilməsi imkanları genişləndirilib;
  • ayrılmış kvotalar çərçivəsində Rusiyanın təhsil müəssisələrinə qəbul üçün "istedadlı xarici gənclərin" seçimi təmin edilir;
  • Rus dilinin daşıyıcılarına, investorlar, sahibkarlar, habelə Rusiya təhsil müəssisələrinin məzunları üçün Rusiya vətəndaşlığının alınması qaydaları sadələşdirilib;

Putinin sözlərinə görə, proqramın qüvvədə olduğu 12 il ərzində 800 mindən çox insan Rusiyaya köçüb. “Son aylarda vətənə dönmək arzusunda olanların sayının artdığını müşahidə edirik.”, deyə prezident əlavə edib.

​Sərəncamda son 5 ildə (2012-2017-ci illər) 1 milyondan çox insanın Rusiya vətəndaşlığını qəbul etdiyini və onlarda 525 mini həmvətənlərin könüllü köçürülməsi proqramı çərçivəsində olduğu bildirirlir.

Oktyabrın 25-də Dövlət Duması prezidentə humanitar məqsədlərlə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin hansı kateqoriyalarına sadələşdirilmiş şərtlərlə Rusiya vətəndaşlığı verilə biləcəyini müəyyən etmək hüququ verən qanun layihəsini ilk oxunuşda qəbul edib. Deputatlar o zaman aydınlıq gətirərək bildirmişdilər ki, bu qanun ilk növbədə 2014-cü ildə Meydan hadisələri və Donbassdakı münaqişənin başlamasından sonra Ukraynadan gedən, habelə xaricdəki həmvətənlərin köçürülməsinə dair dövlət proqramının iştirakçılarına şamil olacaq.

XS
SM
MD
LG