Accessibility links

Putin Navalnının zəhərlənməsində hökumətin əlinin olduğunu inkar edir


Rusiya prezidenti Vladimir Putin cümə axşamı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə dövlət təhlükəsizlik xidmətinin qatillərinin məsuliyyət daşıdığını bildirən media hesabatını rədd edib.

İllik mətbuat konfransı zamanı çıxış edən Putin bu hesabatı “hiylə” adlandırıb və deyib ki, Navalnı bu cür hücumun hədəfi olacaq qədər vacib biri deyil.

Putin həmçinin Navalnının ABŞ-ın kəfiyyat idarələrindən dəstəl aldığına dair ittihamlar irəli sürüb.

Navalnı avqust ayında Rusiyada təyyarədə xəstələnib və sonra müalicə üçün Almaniyaya köçürülüb. Almaniya, Fransa və İsveçdəki laboratoriyalar onun Sovet dövrünə aid Noviçok maddəsi ilə zəhərləndiyini bildirib. Britaniya isə həmim maddədən 2018-ci ildə İngiltərənin Salisburi şəhərində keçmiş rus casus Sergey Skripal və onun qızına qarşı istifadə olunduğunu bildirib.

Putin cümə axşamı bir sıra mövzular, o cümlədən ABŞ prezidentliyinə seçilmiş Co Baydenin administrasiyası ilə bağlı çıxış edib,

Putin deyib ki, o ümid edir ki, yanvarda baş verəcək president dəyişikliyi ABŞ-Rusiya münasibətlərində bəzi çətin məsələləri həll etməyə yardım edəcək.

ABŞ-ın kəşfiyyat komitəsi 2017-ci ildə Putinin Prezident Donald Trampın qalib gəlmək şanslarını artırmaq üçün 2016-cı il president seçkisinə təsir göstərmək kampaniyası nın aparılmasına göstəriş verdiyinə dair nəticəyə gəlib.

Daha sonra xüsusi prokuror Robert Müllerin başçlığı ilə aparılan təhqiqatda Rusiya hökumətinin “genişmiqayslı və sistemik” müdaxiləsinin detalları sadalanıb.

Putin cümə axşamı ABŞ-ın ittihamlarını bir daha rədd edib.

XS
SM
MD
LG