Accessibility links

Putin Olimpiadaya etirazlara qadağını yüngülləşdirib


BEEN SUPPLI
BEEN SUPPLI
Rusiya prezidenti Vladimir Putin Soçidə Qış Olimpiadası və Paralimpiya Oyunları zamanı nümayişlərə qoyulmuş qadağanı yüngülləşdirib.

Kremlin açıqladığı fərmanda Rusiya rəsmiləri tərəfindən təsdiqlənməli olan yerlərdə nümayişlər və yürüşlərin keçirilməsinə icazə verildiyi bildirilib. Sənəddə deyilir ki, nümayişlər oyunlarla əlaqəli olmamalıdır.

Cənab Putinin keçən il sərəncamı ilə Soçidə yanvarın 7-dən martın 21-ə qədər hər hansı bir nümayişin keçirilməsinə qadağa qoyulmuşdu. Qadağa hüquq müdafiə təşkilatları tərəfindən geniş tənqidə səbəb olmuşdu.

ABŞ prezidenti Barak Obama da daxil olmaqla, bir sıra dünya liderləri Soçidə Qış Olimpiya Oyunlarının açılışı mərasimində iştirak etməcəyini elan edib. Bu, Qış Olimpiya Oyunları zamanı təhlükəsizliyin təmin edilməsilə bağlı narahatlıqların mövcud olduğu bir fonda baş verir.

Rusiya hökuməti oyunlar zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini planlaşdırır.
XS
SM
MD
LG