Rusiya prezidenti Vladimir Putin beş dövlət başçısı ilə beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Qırğızıstana səfər edib.
Konfransa sədrlik edən Qırğızıstan prezidenti Sooronbay Jeenbekov noyabrın 28-də Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti öncəsi aeroportda ptrezident Putinin qarşılayıb. Sammitdə Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan liderləri də iştirak edəcək
Rusiyanın gələn il qrupun növbəti prezidenti olacağına görə Putinin zirvə toplantısında təşkilatın prioritetlərini açıqlayacağı gözlənilir.
Qırğızıstan Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin müdiri Daniyar Sidikov mətbuat konfransında Bişkekdə keçirilən yığıncaqda gündəmdə müxtəlif sahələrə aid iyirmi bir məsələnin müzakirə ediləcəyini deyib.
Onun sözlərinə görə, KTMT-nin ali qərar verən orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının toplantısında Tacikistan-Əfqanıstan sərhədinin qorunması, Qlobal Anti-terror Strategiyasının həyata keçirilməsi sahəsində BMT ilə əməkdaşlıq və təşkilat üzvlərinin xarici siyasət fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Gündəmdə həmçinin informasiya təhlükəsizliyi də daxil olmaqla, kollektiv müdafiə qabiliyyətinin artırılması məsələsi da var.