Accessibility links

Putin: Rusiya tayı-bərabəri olmayan silahlar hazırlayacaq


Vladimir Putin yüksək rütbəli ordu və hüquq-mühafizə rəsmilərinin önündə çıxış edir. 25 oktyabr, 2018

Rusiya prezidenti Vladimir Putin deyir ki, onun ölkəsi dünyada tayı-bərabəri olmayan silahlar inkişaf etdirəcək.

O, bu sözləri ABŞ-ın onillərdir davam edən nüvə silahları sazişindən geri çəkilmək qərarı ərəfəsində deyib.

Rusiya heç kəsi hədələmir və beynəlxalq təhlükəsizlik və silah yarışı sahəsindəki öhdəliklərinə ciddi qaydada əməl edir
Vladimir Putin

Putin cümə axşamı yüksək rütbəli ordu və hüquq-mühafizə rəsmilərinə söyləyib ki, “Rusiya heç kəsi hədələmir və beynəlxalq təhlükəsizlik və silah yarışı sahəsindəki öhdəliklərinə ciddi qaydada əməl edir”.

O deyib ki, potensial təhlükələrə qarşı müdafiə olunmaq üçün Rusiyanın hazırkı silahları müasirləşdiriləcək.

Putinin bu çıxışı 55 min NATO qoşunu Norveçdə Soyuq Müharibə dövründən bəri ən böyük hərbi təlimlərə başladığı günə təsadüf edib.

Rusiyanın Avropa ilə sərhədində hərbi mövcudluğunu artırması uzun zamandır Rusiyanın Ukrayna və Gürcüstana olduğu kimi onlara da müdaxilə etməsindən narahat olan qonşu ölkələrdə gərginliyə səbəb olub.

Putinin bu şərhi ABŞ prezidenti Donald Trampın 1987-ci ildə imzalanmış Orta-mənzilli Nüvə Qüvvələri sazişindən geri çəkiləcəyini elan etməsindən sonraya təsadüf edib. Bu saziş hər iki ölkəyə 5,000 kilometrlik gücündə olan raketlərin hazırlanması, sınaqdan keçirilməsi və toplanılmasını qadağa edir.

Russiyanın tank əleyhinə raketi
Russiyanın tank əleyhinə raketi

Tramp deyib ki, onun sazişdən geri çəkilməsinə səbəb Moskvanın sazişin şərtlərini pozmasıdır. Putin bu ittihamı rədd edib və Birləşmiş Ştatları sazişə əməl etməməkdə günahlandırıb.

XS
SM
MD
LG