Accessibility links

Vladimir Putin Türkiyəyə gedir


Rusiya prezidenti Vladimir Putinin avqustun 31-də Türkiyəyə gedəcəyi bildirilir.

Bu barədə Türkiyənin T24 nəşri məlumat yayıb.

Məlumata görə, həmin gün Antaliyada Türkiyə və Rusiyanın futbol yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək və Putinlə Ərdoğan həmin görüşü birgə izləyəcəklər.

Putinin səfər çərçivəsində Baş nazir Binəli Yıldırım və digər rəsmilərlə görüşü də nəzərdə tutulur.

Bundan əvvəl Türkiyəli diplomatlar və ordu rəsmiləri Suriyada münaqişənin mümkün həll yollarını müzakirə etmək üçün Rusiyada səfərdə olub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankara və Rusiya Suriyada vəziyyətin həlli ilə bağlı razılıq əldə edib.

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin tam bərpa olunmasına çalışacağını, lakin ticari əlaqələrin bərpasının bir qədər vaxt alacağını deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında illik 200 milyard dollarlıq ticarət dövriyyəsi və çarter uçuşlarının bərpasını sürətləndirəcəyini deyib.

Ərdoğan çevriliş cəhdindən sonra Rusiyaya səfər edib və ötən il Suriya sərhədində Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra Rusiya ilə münasibətlərin bərpasına çalışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG