Accessibility links

Putin yanğının cavabdehlərinin cəzalandırılacağına and içib


Rusiya prezidenti əksəriyyəti uşaq olmaqla, 64 nəfərin ölümü ilə nəticələnən yanğının cavabdehlərinin ağır şəkildə cəzalandırılacağına and içib.

Ölkəmizdə nə baş verir? Burada döyüş əməliyyatı getməyib, şaxtadan metan qazı sızmayıb. Adamlar, uşaqlar istirahətə gəliblər

Kemerova şəhərində baş verən hadisə yerini ziyarət etdikdən sonra Vladimir Putin çərşənbə gününü ölkədə matəm günü elan edib.

Kemerovo şəhərində minlərlə adam nümayişə çıxıb, onlar rəsmilərdən cavab istəyir, regional hökumətin istefasını tələb edir.

Şəhər mərkəzinə əvvəlcə bir neçə yüz adam çıxıb, sonradan kütlə böyüyüb.

​“Ölkəmizdə nə baş verir? Burada döyüş əməliyyatı getməyib, şaxtadan metan qazı sızmayıb. Adamlar, uşaqlar istirahətə gəliblər”, - Putin region rəsmiləri ilə görüşündə deyib. Görüş televiziya ilə yayımlanıb.

Demoqrafiyadan danışırıq və bu qədər adam itiririk - niyə? Kriminal səhlənkarlıq və pintilik üzündən”, - Putin deyib.

​Daha sonra ölənlərin yaxınları da daxil olmaqla, bir qrup yerli sakinlə görüşən Putin deyib:

Şübhəniz olmasın: Günahı olanlar cəzalandırılacaq”.

O, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərliyi ilə 100 müstəntiqin hadisə yerində işlədiyini bildirib.

Putin xəstəxanada yaralılara da baş çəkib, amma regional administrasiya binası qarşısındakı mərkəzi meydana toplaşmış minlərlə etirazçının qarşısına çıxmayıb.

Ticarət mərkəzində yanğında ölənlərin siyahısı açıqlanıb. "Interfax" xəbər agentliyi ölənlərin 41-nin uşaq olduğunu yazır.

Müstəntiqlər təxliyə çıxışlarının qanunsuz şəkildə bağlı olduğunu, yanğın xəbərdarlıq sisteminin işləmədiyini bildirib.

ABŞ-ın Rusiyadakı səfiri Con Hanstman faciəyə görə dərin təəssüfünü bildirərək, Rusiya xalqı və qurbanların ailələrinə başsağlığı verib.

​Qeyd edək ki, Rusiyada Putinin hakimiyyətdə olduğu 18 il ərzində ölümlə nəticələnən bir neçə faciə baş verib, səbəb də korrupsiya və səhlənkarlıq göstərilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG