Accessibility links

Dağıstandan 46 yaşlı Aina Qamzatova rəsmən 2018-ci ilin martında prezident seçkisində Rusiya prezidenti Vladimir Putinə qarşı mübarizə aparacağını elan edib.

Aina Qamzatova Rusiyanın ən iri müsəlman media holdinqinin rəhbəridir. O, həm də Dağıstan müftisinin həyat yoldaşıdır.

Aina Qamzatovanın rəhbərlik etdiyi islam.ru müsəlman media holdinqinə televiziya, radio, müxtəlif nəşrlər və xeyriyyə cəmiyyəti daxildir. Qurum həm də İslam dini haqqında kitablar nəşr edir.

Aina Gamzatovanın həyat yoldaşı, Dağıstan müftisi Əhməd Abdullayevdir. O, Nəqşibəndilik-sufi təriqətinə mənsubdur. Təriqətin lideri Şeyx Said-Afandi Chirkawi-ni 2012-ci ildə Qafqazda qadın intiharçı qətlə yetirib.

Aina Gamzatovanın birinci həyat yoldaşı müsəlman lider Səid Məhəmməd Əbubakarov 1998-ci ildə avtomobilində partladılaraq öldürülüb. Onun qatilləri heç vaxt tapılmayıb. Ancaq Qamzatova daim onları «vəhhabilər» adlandırır və onların öhdəsindən gələcəyini deyir.

Dağıstanda sufi təriqətinə mənsub simaların hədə və qətllərlə üzləşməsinə baxmayaraq, Qamzatova öz çıxışlarında və kitablarında onları «qaniçən» və «ikiüzlü» adlandırmaqdadır.

Aina Gamzatova namizədliyi Rusiyanın müsəlman icması arasında qızğın müzakirələrə yol açıb. Bəziləri onun ərinin kölgəsindən çıxmalı olmadığını deyir, digərləri isə bu qətiyyətli qərarını alqışlayır.

XS
SM
MD
LG