Accessibility links

Pxenyanın son raket sınaqları ABŞ-a təzyiqləri artırır


Şimali Koreya iki qısamənzilli raketi uğurla sınaqdan keçirdiyini bildirir. Son baş verənlər qarşıdan gələn nüvə danışıqları ərəfəsində ABŞ üzərindəki təzyqləri artırır.

ABŞ rəsmiləri sınaqdan keçirilən raketin qısamənzilli olduğunu təsdiqləyiblər.

Şimali Koreyanın keçirdiyi sınaqlar Pxenyanın ABŞ-a nüvə danışıqlarında yanaşmasını dəyişmək çağırışları fonunda baş verir.

Beləliklə, may ayından bəri Şimali Koreyanın keçirdiyi raket sınaqları 12-yə çatmış olur. Bundan öncəki il yarım müddətində Pxenyan raket sınaqlarından çəkinmişdi.

Sınaqların Pxenyanın danışıqlarda mövqeyini gücləndirmək mahiyyəti daşıdığı güman edilir.

Şimali Koreya lideri Kim Conq Un və ABŞ Prezidenti Donald Tramp üç dəfə görüşüblər, lakin Şimali Koreyanın nüvə proqramının ləğvi istiqamətində proqres əldə olunmayıb.

Şərhlərə bax

XS
SM
MD
LG