Accessibility links

Cənubi Koreya Şimali Koreya ilə birgə işlətdiyi müəssisədən qalan bütün işçiləri çıxarır


Kaesonq sənaye kompleksində çalışan 50 işçinin Cənubi Koreyaya geri qayıdacağı gözlənilir

Cənubi Koreya Şimali Koreya ilə birgə işlətdiyi sənaye kompleksindən qalan bütün işçilərin çıxarılacağını bildirib.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözücüsü deyib ki, Kaesonq sənaye kompleksində çalışan 50 işçinin ölkəyə geri qayıdacağı gözlənir. Ancaq Şimali Koreya bunu hələ təsdiq etməyib.

Pxenyan Seoulun sənaye müəssisəsinin yenidən işə düşməsi haqda danışıqları rədd etdikdən sonra cümə günü Seul rəsmiləri Kaesonq obyektində qalan bütün işçilərin çıxarılacağını bildirmişdi.

2004-cü ildən bəri Şimali Koreyanın 53 min vətəndaşı Kaesonq obyektində 100-dən çox Cənubi Koreyaya aid şirkətdə işləyirdi. Ancaq Şimali Koreya bu ayın əvvəli BMT-nin tətbiq etdiyi sanksiyalara cavab olaraq işçilərini həmin sənaye obyektlərindən çıxarmışdı.
XS
SM
MD
LG