Accessibility links

“Qırmızı kitab”a düşmüş qonur ayını ovlayanlar saxlanılıb


Qonur ayı

Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə “Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.

Saxlanılanlardan 4 ədəd “İJ” və 1 ədəd “Lavrona” markalı ov tüfəngləri götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.

XS
SM
MD
LG