Accessibility links

ABŞ-da qızılcaya yoluxma halları artır


Ötən ay ABŞ-da 33 qızılcaya yoluxma halı qeydə alınıb. Beləliklə Amerikada bu infeksion xəstəliyə yoluxanların sayı 1077 nəfər təşkil edir.

Səhiyyə rəsmiləri deyir ki, bu, 1992-ci ildən bəri 25 illik müddət ərzində ikinci ən böyük yoluxma halıdır. O vaxt 2126 xəstə qeydə alınmışdı.

Kaliforniya, Nyu York, Pennsilvaniya və Vaşinqton ştatları da daxil edilməklə, 30 ştatda qızılca yayılıb.

May ayında Nyu Yorkun ultra-ortodoks yəhudi cəmiyyətində qızılca epidemiyasından sonra şəhər rəsmiləri fövqəladə vəziyyət elan etmişdi.

Peyvənddən imtina edən və ya peyvənd olunduğuna dair sübut təqdim edə bilməyənlər 1000 dollar cərimə ödəyəcək.

2019-cu ilin oktyabr ayınadək qızılca nəzarət altına alınmasa, ABŞ qızılcanın aradan qaldırılması statusunu itirmiş olacaq.

Səhiyyə rəsmiləri xəstəliyin yayılmasının başlıca səbəbi kimi vaksinlərin qəbulundan imtinanı göstərir.

“Bu statusun itirilməsi ölkə üçün nəhəng bir zərbə olacaq və ictimai sağlamlığın bütün səviyyələrində aparılan işlərin silinməsi demək olacaq. Qızılca vaksinlərindən geniş isifadə edilməsə hər il Amerikada 3-4 milyon insan bu xəstəliyə yoluxacaq. Bu isə 400-lə 500 arasında ölüm, 48 min nəfərin xəstəxanalara yatırılması demək olacaq” , Xəstəklilərə Nəzarət Mərkəzi xəbərdarlıq yayıb.

Ukrayna, İsrail və Filippin kimi qızılcanın yayğın olduğu ölkələrdən Amerikaya səyahət edənlər də Amerikada qızılcanın yayılmasına yardım edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG