Accessibility links

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək


Azərbaycan, Türkiyə və Gürcüstan hərbi məktəblərinin emblemləri

İyunun 12-də Qəbələ şəhərində (Bakıdan 235 şimal-qərb) Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Müdafiə nazirlərinin üçtərəfli formatda ilk görüşü 2014-cü ilin avqustunda Azərbaycanın Naxçıvan şəhərində baş tutub. O zaman tərəflər bu cür görüşləri mütəmadi keçirmək qərarına gəliblər.

Üç ölkənin xarici işlər nazirlərinin də mütəmadi olaraq üçtərəfli formatda görüşü keçirilir. Bu format 2012-ci ildə yaradılıb.

XS
SM
MD
LG