Accessibility links

Qəhvə ömrü uzadır


Son araşdırmaların nəticələrinə görə qəhvə ömrü uzadır.

Yarım milyon britaniyalının iştirak etdiyi araşdırmalar qəhvənin həyatı 10 ilə yaxın uzatdığını müəyyən edib.

Qəhvənin ömür uzatdığı onun üyüdülmüş, hazır və kafeinsiz növlərinə də şamil edilir.

Nəticələr Amerika alimlərinin gəldiyi qənaəti əks etdirib.

ABŞ alimlərinin ilk ən böyük araşdırması qəhvənin genetik problemlərə belə müsbət təsirini aşkarlayıb. Qəhvə içənlərin içməyənlərlə müqayisədə ölümü 10-15 faiz gecikir.

Qəhvənin istehlak göstəricisi və genetic müxtəliflik minimal olub.

Araşdırmaların nəticələri kafeyinin gənclik və ya qəhvə içməyənləri həvəsləndirmək mənbəyi olduğu təsdiq edilməyib.

Qəhvənin ömrü necə uzatdığı da bəlli deyil. ABŞ-ın Milli Xərçəng İnstitutunun bildirdiyinə görə, qəhvə hüceyrələrin məhvinə mane olan antioksidatlar da daxil edilməklə, mindən artıq kimyəvi maddəyə malikdir.

Digər bir araşdırmanın nəticələrinə görə, qəhvə qara ciyər xəstəliklərinə müsbət təsir göstərir və alimlər serroz xəstəliyinin müalicəsində qəhvədən istifadə məqsədilə araşdırmalar aparmağı planlaşdırır.

Araşdırmalarda 40-la 69 yaş arasında 498134 qadın və kişi iştirak edib. Onların əksəriyyəti qəhvə içənlər olub. 154 min və ya iştirakçıların üçdə biri gündə 2-3, 10 mini isə gündə 8 fincan qəhvə içənlər olub.

XS
SM
MD
LG