Accessibility links

Qəndəhardakı xəstəxana uşaqların kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyini bildirir


Qəndəhardakı xəstəxana uşaqların kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyini bildirir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Qəndəhardakı xəstəxana uşaqların kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyini bildirir

Qəndəharın Mirvays Xəstəxanası Əfqanıstandakı ağır humanitar böhranla əaqədar olaraq kəskin ərzaq çatışmazlığından əziyyət çəkən azyaşlı uşaqların sayının artdığını bildirir.

Bu, Qəndəhardakı Mirvays Xəstəxanasında son 38 il ərzində pediatr olan Dr. Məhəmməd Sadiqdir.

Xəstəxana regional mərkəzdir və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənir. Doktor Sadiq deyir ki, xəstəxanada kəskin qida çatışmazlığından əziyyət çəkən beş yaşından kiçik uşaqların sayı artmaqdadır.

“Ötən üç ayla müqayisə etsəm, bu ay hesabat hazırlayanda iki dəfə artıb. Deməli, bu, qəbul sayının 100% artması deməkdir” - deyə, o bildirib.

Sadiq deyir ki, Talibanın nəzarəti altındakı kənd yerlərində döyüşlər səngiyib və daha çox insan tibbi yardım almaq üçün şəhərə gedə bilir.

“İndi hər kəsin şəhərə gəlmək imkanı var. Ola bilsin ki, əvvəllər də həmin bölgələrdə ərzaq qıtlığından əziyyət çəkən xəstələr var idi, amma bizə çata bilmirdilər. İndi hər kəs bizə müraciət edə bilir, ona görə də say günü-gündən artır” - deyə, Sadiq bildirib.

Ümumdünya Ərzaq Proqramına görə, təxminən 19 milyon əfqan bu qış kəskin ərzaq çatışmazlığı və aclıq riski altındadır və təxminən üç milyon uşağın ən çox risk altında olduğunu bildirir.

Doktor Sadiq belə halların ən gənc - beş yaşından kiçik uşaqlar arasında yayıldığını qeyd edir.

“Əvvəl qızdırması var idi. O, iki gün əvvəl bura qəbul edilib. İndi də müəyyən edilib ki, onun anemiyasıvar, həm də normal qidalanmayıb ” - deyə, Doktor bildirib.

"Mən çox xoşbəxtəm" - deyə, ana puştu dilində deyir.

"O, heyətdən çox razıdır, çünki biz çox yaxşı xidmətlər göstəririk" - deyə, Dr.Sadiq qeyd edib.

Ərzaqla bağlı mövcud fövqəladə vəziyyəti və beş yaşından kiçik xəstələrin sayının iki dəfə artması ilə tibbi heyət həddindən artıq yüklənir. Üstəlik, aylardır maaş da almırlar.

Beynəlxalq humanitar yardım vədlərinə baxmayaraq, Human Rights Watch-un hesabatında deyilir ki, Əfqanıstan bu humanitar fəlakətin əsas səbəbləri ilə mübarizə üçün daha çox iş görməlidir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG