Accessibility links

Qərbi Azərbaycan valisi 'Yol Press' saytını məhkəməyə verib


Yalan xəbər yayma ittihamı ilə Urmiyədə məhkəməyə çağırılan “İranın türk bölgələrinin xəbər və təhlil saytı” Yol Press"-in məsul redaktoru Bəhram Cavadi zəmanətlə sərbəst buraxılıb.

Türkcə-farsca internet portalı Yol Press-in məsul redaktoru Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti ilə mühakimə edilir.

Yol Press xəbər saytının məsul redaktoru Bəhram Cavadi
Yol Press xəbər saytının məsul redaktoru Bəhram Cavadi

Yol Press saytının bir neçə həftə əvvəl valinin bir toplantıda dilə gətirdiyi sözlərə dair yayımladığı xəbər bu şikayətə səbəb olub.

Xəbərdə yazılanlara görə, vali Şəhriyari həmin toplantıda Birinci Dünya Müharibəsi dönəmində Qərbi Azərbaycanda “Ciloluq” adı ilə məşhur olan böyük qətliamın heç baş vermədiyini iddia edib.

Yol Press-in yazdığına görə, vali bu qətliamla bağlı söylənənlərin “dəyərsiz yalanlardan” ibarət olduğunu və ixtilaflara yol verdiyini irəli sürüb.

Əslən Xorasan vilayətindən olan Qərbi Azərbaycan valisi xəbərin yayılmasından sonra Yol Press-i yalan xəbər yayma ittihamı ilə məhkəməyə verib.

Urmiyənin mühaifəzakar və islahatçı millət vəkilləri Ruhullah Həzrətpur və Hadi Bahadıri də valinin sözlərinə təpki göstəriblər.

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari
Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari

Ruhullah Həzrətpur deyib ki, “əhali ixtilaf yaratmaq üçün deyil, bəlkə bu kimi cinayətlərin bir daha təkrarlanmaması diləyi ilə tarixi cinayətlərdən danışır.”

Urmiyə və Salmas əhalisi arasında “Ciloluq Qətliamı” adı ilə bilinən olaylar təqribən bir əsr əvvəl baş verib.

Bu qətliam həmin dövrdə yaşayan tarixçi Əhməd Kəsrəvinin “Azərbaycanın 18 İllik Tarixi” kitabı və Qacar dövlətinin Urmiyədə çalışan rəsmisi Rəhmətullah xan Mütəmədülvüzaranın yazdığı “Dünyanı yandıran müharibədə Urmiyə” kitabında ətraflı şəkildə anladılıb.

Həmin mənbələrə əsasən, “Cilo” adı ilə tanınan və əvvəllər Mar Şimun XIX Benyamin, sonralar isə General Ağa Petros və Məlik Xoşabənin rəhbərliyində müharibə edən qüvvələr Urmiyə və Salmas şəhərləri, həmçinin ətraf kəndlərində on minlərlə müsəlman əhalini qətlə yetiriblər.

Cilo qüvvələri adlarını Türkiyənin Hakkari elində Urmiyə sərhəddinə yaxın bir bölgədə yerləşən Cilo Dağından alıb. Həmin bölgələrdə yaşayan və Osmanlı İmperiyasının son illərində Urmiyə və Salmas şəhərlərinə axın edən bu qüvvələr “Dağ Aysorları” icmasına mənsubdurlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG