Accessibility links

Qərbin sanksiyaları gücləndirdiyi dövrdə Rusiya Krımın ilhaqının beşinci ildönümünü qeyd edir


Qərbin sanksiyalarını gücləndirdiyi dövrdə Rusiya Krımın ilhaqının beşinci ildönümünü qeyd edir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Qərbin sanksiyaları gücləndirdiyi dövrdə Rusiya Krımın ilhaqının beşinci ildönümünü qeyd edir

Bu həftə Ukraynanın Krım bölgəsinin Rusiyaya güclə ilhaqının beşinci ildönümüdür. ABŞ və onun müttəfiqləri ilhaqdan sonra Moskvaya sanksiyalar tətbiq edib. Analitiklər iqtisadi sanksiyaların Rusiya prezidenti Vladimir Putinin etimad reytinqində göstəricilərin aşağı düşməsinə səbəb kimi göstərirlər.

Beş il öncə Krımda ağır silahlarla silahlanmış döyüşçülər anonim formalarda Ukraynanın hərbi və hökumət binalarına hücum edib. Döyüşçülər Rusiyaya açıq-aydın şəkildə dəstək veriblər, lakin Moskva bu hücumlarla əlaqəsini rədd edib. 2014-cü il martın 16-da yeni de fakto hakimiyyət orqanları referendum keçirib. Seçicilərin 95 faizindən çoxu Krım üzərində nəzarəti Rusiyaya qaytarmağa qərar veriblər. Rusiya dövlət başçısı Vladimir Putin ilhaqı qəbul edib.

"Çətin, uzun, yorucu bir səfərdən sonra Krım və Sevastopol öz evlərinə, öz doğma sahillərinə, Rusiyaya qayıdırlar," Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.

Beş il sonra bu həftə Putin Krıma qayıdıb və əldə edilən inkişafı tərifləyib. Yeni elektrik stansiyaları tikilib. Krımdan Rusiyaya körpü salınıb, lakin onun hündürlüyü Ukrayna limanlarına göndərilməni məhdudlaşdırıb. Dəmir yolu xidməti bu il fəaliyyətə başlayacaq. Krım sakinləri Amerikanın səsinə müsahibəsində son beş il haqda müsbət fikirlərini bölüşüb.

"Çox yaxşıdır. Hər yerdə nəhəng inşaat sahələrini görürük," Krım sakini deyib.

Krımın ilhaqından sonra Putinin etimad reytinqi yüksəlsə də, hazırda aşağı düşür. ABŞ, Avropa və bir neçə müttəfiq ölkələr Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Analitiklərin sözlərinə görə, iqtisadi kəmənd artıq dartılıb.

"Krım sindromu olduqca nəzərə çarpır. Pensiya islahatının elan edilməsi və pensiya yaşının yüksəldilməsilə insanlar əvvəllər başa düşmədikləri şeyləri dərk etməyə və həqiqətən də, bu şeylərin düzgün olmadığını hiss etməyə başlayıblar,” təhlilçi Mariya Lipman deyir.

Ukraynada prezident seçkiləri keçiriləcək. Əsas namizədlər Kiyevin Avropa Birliyi və NATO üzvlüyünə doğru yolunu davam etdirməyi öhdələrinə götürüblər. Bəs Putin daha çox hərbi əməliyyatlara cəhd edə bilərdimi?

"Rusiya siyasəti Ukrayna ilə çox tükənib. Mən hər hansı bir hərbi müdaxiləni, Azov dənizinin bağlanılmasını və ya Donbasdakı hərbi təxribatları istisna edirəm," təhlilçi Vladislav İnozemtsev deyir.

ABŞ və Avropa Birliyi bu həftə Krımın həmişə Ukraynanın bir hissəsi olacağını söyləyib. Lakin tənqidçilər deyirlər ki, 2014-cü ildə Qərbin Rusiyaya qarşı çıxmaması Moskvanın Şərqi Ukraynanın Donbas bölgəsində və Suriyadakı münaqişələrə müdaxiləsinə səbəb olub.

XS
SM
MD
LG