Accessibility links

Qəzza zolağında atəşkəs elan edilib


Fələstinli üsyançılar Həmasın nəzarətində olan Qəzza zolağında atəşkəs elan edib.

Qəzzada döyüşlər İsrailin ən ağır hava hücumlarından sonra daha da artmışdı. Həmas və İslam Cihadı qrupları İsrail sərhədlərini onlarla raket və top atəşinə tutduqdan sonra atəşkəs elan edib.

İsrailin qırıcı təyyarələri dünən Həmasın 40 obyektini hədəf alıb. Onlar arsında tunellər, silah anbarları və təlim düşərgələri yer alıb.

Ordunun bildirdiyinə görə, hava reydi fələstinlilərin son 3 ay ərzində hücumlarının qisası mahiyyəti daşıyıb.

Fələstinlilər İsrailin meşə və ferma ərazilərini yandırıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, ölkəsi Həmasa qarşı sərt mövqeyini sərgiləyib.

Qüdsdə həftəlik kabinet toplantısında danışan baş nazir Həmasın mesajı aldığına ümidini ifadə edib.

XS
SM
MD
LG