Accessibility links

Qırğızıstanda referendumda əksəriyyət prezident səlahiyyətlərinin genişləndirilməsini dəstəkləyib


Qırğızıstan seçiciləri paytaxt Bişkekdə referendumda səs verir, 11 aprel, 2021.
Qırğızıstan seçiciləri paytaxt Bişkekdə referendumda səs verir, 11 aprel, 2021.

Qırğızıstanda seçicilər ilkin nəticələrə görə bazar günü keçirilən referendumda prezidentin səlahiyyətlərini genişləndirən yeni konstitusiyaya dəstək verib.

Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, bülletenlərin 90 faizinin nəticələri seçicilərin 79 faizinin konstitusiyaya dəyişiklikləri dəstəklədiyini göstərir.

MSK seçici fəallığının referendum üçün tələb olunan 30 faiz həddindən bir qədər çox olaraq, 35 faiz təşkil etdiyini bildirib.

Yeni konstitusiyada parlamentdə yerlərin sayı 25 faiz azaldılaraq, 90 yerə endirilir və prezidentə hakimləri və hüquq-mühafizə orqanlarının rəhbərlərini təyin etmək səlahiyyəti verilir. Prezidentə yalnız bir müddətə seçilmək icazəsi verən mövcud qanun ləğv edilərək, prezidentin ikinci müddətə yenidən seçilməsinə imkan verən qanunla əvəz ediləcək.

Referendum Sadır Japarovun oktyabr ayında parlament seçkiləri ilə əlaqədar etirazlar və ölkənin gələcəyi ilə bağlı aylardır davam edən siyasi mübahisələr fonunda əvvəlki hökumətin istefa verdiyi qarışıq bir dövrdən sonra prezident seçilməsindən üç ay sonra keçirilir.

O, yeni konstitusiyanın hazırlanması təklifini 2020-ci ilin noyabrında o vaxtkı prezident Sooronbay Jeenbekovun istefasından sonra yaranan qarışıqlıq dövründə prezident səlahiyyətlərini icra edərkən irəli sürüb.

Japarov və onun tərəfdarları prezident səlahiyyətlərinin genişləndirilməsinin 2005 və 2010-cu illərdə hakimiyyətdə olan liderlərin devrilməsi, eləcə də 2020-ci ildə onun həbsxana kamerasından dövlət başçısının yerinə keçməsi ilə nəticələnən zorakı qiyamlardan sonra ölkəni daha sabit vəziyyətə gətirəcəyinə ümid bəsləyirlər.

Japarov yanvar ayında keçirilən prezident seçkilərində asanlıqla qələbə qazanıb və eyni zamanda keçirilən referendumun nəticələri seçicilərin təklif olunan konstitusiya dəyişikliklərinin əsas diqqət mərkəzində olan prezident sistemini seçdiklərini göstərib.

Sadır Japarov oktyabr ayında iğtişaşlar zamanı etirazçılar tərəfindən həbsxanadan azad edilən bir neçə tanınmış siyasətçi arasında yer alırdı.

O, 2013-cü ilin oktyabrında Qırğızıstanın şimal-şərqində mədən əməliyyatına etiraz zamanı girov götürmə ittihamı ilə 10 il həbs cəzası çəkirdi. Japarov ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunda israr edir.

Konstitusiya islahatı Qırğızıstanın siyasi sistemini qonşu Qazaxıstan və Özbəkistanın siyasi sisteminə yaxınlaşdıracaq və Japarovun siyasətini irəlilədə bilməsinin asanlaşdırılmasına gətirib çıxaracaq.

Qırğızıstan Çinlə həmsərhəd ölkədir və Rusiyanın müttəfiqidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG