Accessibility links

Qambiyanın Tehranla münasibətlərini kəsməsinə görə Amerika günahlandırılır


Qambiyanın Tehranla münasibətlərini kəsməsinə görə Amerika günahlandırılır
Qambiyanın Tehranla münasibətlərini kəsməsinə görə Amerika günahlandırılır

İran parlamentinin üzvü Ələddin Borucerdi Qambiyanın Tehranla münasibətlərini kəsməsinə görə Amerikanı günahlandırıb. Bu Qərbi Afrika ölkəsi dünən İranla diplomatik və iqtisadi əlaqərlərin kəsildiyini , İran nümayəndəsinin Qambiyanı tərk etməsinə 48 saat verildiyini elan etmişdi.Qambiya rəsmiləri bunu heç nə ilə izah etməyiblər. Lakin İran qanunvericisi bu addımın ABŞ-ın təzyiqləri altında atıldığını deyib. O bildirib ki, Amerikanın İranla bağlı siyasəti onun Afrika da daxil edilməklə, dünya ölkələri ilə əlaqələrinə zərər vurmağa yönəlib. Qambiyanın sabiq diplomatlarından biri isə əlaqələrin kəsilməsinin digər motivlərə əsaslandığını deyib. O bildirib ki,Qambiya prezidenti Yəhya Camme keçən həftə İranın Nigeriyada müsadirə edilən silah yükü ilə əlaqəsini ört-basdır etməyə cəhd edir.

XS
SM
MD
LG