Qan şəkərini tənzimləmək üçün insulindən istifadə edən şəkərli diabet xəstələrinin şəkər səviyyəsi çox azala bilir. Müalicə olunmadığı təqdirdə bu, ölümlə nəticələnə bilər. Qan şəkərini ölçən müasir aparatlar pasientlərə qan şəkərlərinin təhlükəli dərəcədə azaldığı ilə bağlı xəbərdarlıq edir. Amma eyni şeyi etməyin daha dostyana yolları da var. Bu yeni qan şəkəri monitorları batareya ilə işləmir. Onlar çox mehribandır, güclü iybilmə qabiliyyətinə sahidbir və çox sədaqətlidir.
Mənim qan şəkərim azalır. Bəlkə elə buna görə, onlar mənə xəbərdarlıq edirdi. 10 dəqiqə keçdi və monitorlar da qan şəkərimin sürətli şəkildə azaldığını göstərməyə başladı.Mark Rufenakt
İnsanın ən yaxın dostları hesab edilən itlərin sizə faydası da ola bilər.
Bunlar “Dogs4Diabetics,” yəni şəkərli diabet xəstələri üçün xüsusi itlərdir. Onlara qan şəkəri səviyyəsindəki təhlükəli dəyişiklikləri “iyləmək” və sahiblərinə xəbərdarlıq etmək öyrədilib. Hər bir itə təlim keçmək təşkilata 50 min dollara başa gəlir, amma bəzi xəstələr bu itləri pulsuz əldə edir.
“Bu çox gözəldir. İt mənə diabetlə kömək edir,” deyə diabetdən əziyyət çəkən dördüncü sinif şagirdi Keyt bildirir.
Yansi adlı bu it sahibini qan şəkəri səviyyəsinin çox azalması nəticəsində diabet komasına girməkdən xilas edib.
“Həkim mənə dedi ki, əgər o səni oyandırmasa, sən qurtulmayacaqdın,” Dennis MakQrat Uorner deyir.
Mark Rufenakt Dogs4Diabetics-in təsisçisidir. O, özü də diabet xəstəsidir və məlumat toplamağı çox sevir.
“Mən üzərimdə iki fərqli qlükoza monitoru daşıyıram, çünki iki fərqli markanı sınaqdan keçirirəm,” o söyləyir.
Bir cihaz 122 göstərir, digəri isə 133. Hər iki göstərici təhlükəsiz, normal səviyyədədir. Rufenakt diabet itlərininin aşağı qan şəkərini neçə iylədiyini göstərir. Onlar qan şəkəri aşağı səviyyədə olan insanların tərlərinin olduğu bankaları iyləyir. Rufenaktın diabet itlərinə təlim keçmək üçün əl atdığı “tər bankası” üsulu elmi baxımdan təsdiq olunub. İtlərə diqqət yayındıran qoxulardan yayınmağı öyrətmək üçün, o içində başqa qoxular olan bankalardan istifadə edir.
“Məsələn, fıstıq yağı, it yemi və ya evkalipt,” Rufenakt söyləyir.
Amma itlər başqa qoxularla maraqlanmır. Belə edərək onlar Rufenakta qan şəkərinin azaldığının xəbərini verirlər. Amma bir neçə dəqiqə öncə monitorlar onun qan şəkərinin normal səviyyədə olduğunu göstərdiyi üçün, o, itlərin sadəcə oyun oynamaq istədiklərini düşünür.
“İndi onlar sadəcə diqqət istəyir, çünki bir it digərini qısqanır,” o deyir.
Rufenakt qoxu üsulunun necə işlədiyini anlatmağa davam etdiyində birdən...
“Mənim qan şəkərim azalır. Bəlkə elə buna görə, onlar mənə xəbərdarlıq edirdi. 10 dəqiqə keçdi və monitorlar da qan şəkərimin sürətli şəkildə azaldığını göstərməyə başladı,” o deyir.
Daha on dəqiqə əvvəl, itlər xəbərdarlıq edən vaxt, qan şəkəri səviyyəsinin 133 olduğunu göstərən cihaz indi qan şəkərinin 83-ə düşdüyünü bildirir. Rufenakt deyir ki, çox vaxt itlər təhlükəli dəyişiklikləri cihazlardan öncə hiss edir.
Dogs4Diabetics artıq 100 şəkərli diabet xəstəsini itlə təmin edib. Onlar proqramı genişləndirməyə və insanların ən sadiq dostu olan itlərə dünya boyu diabet xəstələrinə yardım edib, onların həyatlarını qurtarmağı öyrətməyə ümid edir.