Accessibility links

Polis “Qanun” Nəşriyyat Evinin oğrularını tapıb


Qanun Nəşriyyatından oğurluq olub (Foto Xuduoğlunun facebook səhifəsində götürülüb)
Qanun Nəşriyyatından oğurluq olub (Foto Xuduoğlunun facebook səhifəsində götürülüb)

Polis “Qanun” Nəşriyyat Evindən oğurluq etmuş şəxsləri tapıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, DİN-nin və Bakı Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətləri və Nəsimi Rayon Polis İdarəsi oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Feyruz Novruzovu, Natiq İsayevi, İsmayıl Yusifovu, Vüsal Əsgərovu, Şahmar Abdulovu və Vüqar Səlimovu saxlayıb. F.Novruzovdan 1,26 qram heroin, N.İsayevdən 1,32 qram, İ.Yusifovdan 2,37 qram, V.Əsgərovdan 1,515 qram, Ş.Abdulovdan 1,375 qram və V.Səlimovdan 1,960 qram tiryək aşkar edilərək götürülüb.

Nəsimi rayon Polis İdartəsi tərəfindən V.Səlimovun və F.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya məxsus "Nəşriyyat Evi"ndən 4200 manat pul oğurlamalarını müəyyən edib.

Araşdırmalar zamanı V.Səlimovun sentyabrın 26-da Nigar Köçərlinin müdir işlədiyi "Qanun" Nəşriyyatı MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması, həmçinin həmin MMC-də çap şöbəsində işləməsi də müəyyən edilmişdir.

“Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu (Rüstəmxanlı) Amerikanın Səsinə bildirib ki, polis tərəfindən saxlanan Vüqar Səlimov bir neçə il öncəyədək bu nəşriyyatda işləyib.

“O, işdən çıxmasına baxmayaraq oğurluq baş verən zamanadək mətbəyə gəlib-gedirdi. O, şübhələndiyim adamlardan biri idi”.

Xuduoğlu polisin müsbət işini də qeyd edib.

“Doğrudan polis yaxşı işlədi, səhlənkar yanaşmadı və nəticə sevindiricidir”, o qeyd edib.

Nəşriyyat evindən oğurluq bu il sentyabrın 27-də gecə olub.

XS
SM
MD
LG