Accessibility links

Qanunsuz mühacirlərə iş tapmağa kömək edən mərkəz [Video]


Qanunsuz mühacirlərə iş tapmağa kömək edən mərkəz
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Qanunsuz mühacirlərə iş tapmağa kömək edən mərkəz

Gündəlik Əmək Mərkəzi adlı təşkilat mühacirlərə həm də təlimlər keçir

Qanunsuz mühacirlərin statusu ABŞ-ın siyasi debatlarının mərkəzində olsa da, onlar Amerikada gündəlik işi görən əsas mənbədir. İşin hər gün olacağına dair zəmanət yoxdur, amma Gündəlik Əmək Mərkəzi adlı təşkilar sənədsiz mühacirlərə yaxşı ödənişli iş tapmağa kömək edir.

Virciniyanın Centreville şəhərində yerləşən Gündəlik Əmək Mərkəzində Quatemalalı Feliks Seto iş gözləyir. 34 yaşlı Feliks artıq 7 ildir Amerikada yaşayır və ingiliscə az danışa bilir.

Qanun çox aydındır. Konstitusiya qanuni və ya qanunuz, mühacir və ya vətəndaş fərq etmədən bütün işçiləri qoruyur

“Mənim ölkəmdən çox insan burdadır, çünki biz ailələrimizə dəstək olmaq istəyirik. Onları yemək, geyim, təhsil və ehtiyacları olan hər bir şey ilə təmin etmək istəyirik.”

O, valideyinləri, həyat yoldaşı və iki övladı ilə sosial media vasitəsi ilə əlaqə saxlayır.

“Mənim planım geri dönməkdir çünki ailəm üçün darıxıram.”

Molli Madra-Santiaqo Centreville Gündəlik Əmək Mərkəzinə başçılıq edir. Mərkəz gündəlik işçisləri müdafiə etməyə çalışır, çünki onların əksəriyyəti qanunsuz mühacir olduqları üçün təhlkə altındadırlar.

“Onlar mühacir olduqları üçün asanlıqla istismar olunurlar. Biz isə bunun qarşısını almaq üçün fəaliyyət göstəririk. Burada işçilər saatına azı 12 dollar qazanırlar.”

Salvador Sarmiento Milli Gündəlik Əmək Təşkilatlar Şəbəkəsinin nümayəndəsidir. O deyir ki, ABŞ-da gündəlik işçilərin əmək haqqlarında böyük ədalətsizlik mövcuddur. Ancaq hətta qanunsuz mühacirlərin belə ədalətli ödənişə haqları var, deyə o qeyd edir.

ABŞ - Meksika sərhədi
ABŞ - Meksika sərhədi

“Qanun çox aydındır. Konstitusiya qanuni və ya qanunuz, mühacir və ya vətəndaş fərq etmədən bütün işçiləri qoruyur.”

Gündəlik Əmək Mərkəzində işləyənlər mühacir işçilərə uyğun işə götürənlər tapırlar. Mühacirlərə iş tapmağa kömək etməkdən əlavə, Gündəlik Əmək Mərkəzi onları pulsuz dərslər də təmin edir. İngilis dili və ev təmiri dərsləri isə ən məşhurlarındandır.

Bu gün Feliks və onun dostu Aaustin Acocellanın yanında işləyirlər. Onlar Austinin həyətindəki yarpaqları təmizləməyə kömək edəcəklər.

“Mən Allaha bu ölkədə olduğum üçün şükür edirəm. Bura yeni gələndə çoxlu problemlə üzləşsək də, indi hər şeyin yaxşı olduğu üçün şükür edirəm. Mən bu mərkəzi təsis edən insanlara minnətdaram çünki bu mərkəz bizim üçün çox vacibdir.”

Feliksin arzusu odur ki, bir gün o, evinə dönüb ailəsini görməyə yetərli pul qazansın.

XS
SM
MD
LG