Accessibility links

'Qardian' Edvard Snoudenə əsasən Britaniyanın Londonda xarici diplomatları izlədiyi haqda yazıb


Britaniyanın “Qardian” qəzeti yazlb ki, ABŞ kəşfiyyat xidmətinin keçmiş kontraktorunun açıqladığı sənədlərə əsasən, 2009-cu idə Londonda 20-lərin sammitində iştirak edən diplomatların danışıqları Britaniya tərəfindən dinlənilib.

Qəzetdə bazar ertəsi dərc edilmiş məqalədə deyilir ki, Britaniyanın Baş Kommunikasiyalar İdarəsi zirvə toplantısında iştirak edən Türkiyə və Cənubi Afrika nümayəndə heyətlərinin üzvlərinin telefon danışıqlarını dinləyib və kompyuterlərinə müdaxilə edib. Məqalədə yazılıb ki, idarə 20-lərin sammitində diplomatik kommunikasiyaların izlənilməsi üçün nəzərdə tutulmuş internet kafelərdən istifadə edən bəzi nümayəndə heyətlərini aldadıb.

Qəzet ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin kontraktoru Edvard Snouden tərəfindən açıqlanmış bəzi sənədlərin redaktə edilmiş variantını çap edib. Snouden bu ayın əvvəli Honq-Konqa qaçandan sonra ABŞ-ın bəzi izləmə proqramlarını ictimaiyyətə açıqlamışdı.

Sənədlərin həqiqiliyini dərhal sübut edilməsi mümkün deyil. Qəzetdə məqalənin dərc edilməsi Şimali İrlandiyada Böyük Səkkizlərin sammitinin birinci gününə təsadüf edir.

Britaniyanın Baş naziri Deyvid Kameron “Qardian” qəzetində məqalədə verilmiş məlumatları açıqlamaları nə təsdiq, nə də təkzib edərək deyib ki, təhlükəsizlik məsələləri ilə bağlı şərh vermək Britaniya hökumətinin ənənəsini pozmaq demək olardı.
XS
SM
MD
LG