Accessibility links

Florida sakinləri həyatlarını və evlərini necə bərpa edəcəklərini düşünür


Florida sakinləri həyatlarını və evlərini necə bərpa edəcəklərini düşünür
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Florida ştatının Meksika Çimərliyi adlanan şəhərin minlərlə sakini 4-cü kateqoriyalı Mayklı qasırğasından sonra geri dönüb, evlərini və həyatlarını necə bərpa edəcəklərini düşünür.

Meksika Çimərliyinin sakinləri it-bata düşmüş əşyalarını axtarır. Cozef Bran ailəsi ilə birlikdə köçdüyü yeni evində cəmi 11 ay yaşayıb. Şəhərin sakini Cozef Bran: “Biz hələ də nə edəcəyimizi bilmirik. Biz buraya evimizin nə halda olduğunu görməyə gəldik və bundan sonra nə edəcəyimizi planlaşdırarıq.”

Maykl qasırğasının Florida yarımadasında qarşısına çıxan hər şeyi viran qoymasından sonra sakinlər yaxın gələcək üçün plan qurmağa çalışır. “Burada mətbəx yerləşirdi və aşağı mərtəbədə olan hər şey yerlə yeksan olub” deyə, Cozef Bran bildirir.

Lakin həbçi Cozef Branı yalnız dağılan evi narahat etmər, Maykl onun işlədiyi Tindal Hərbi Hava Qüvvələri Bazasını da dağıdıb. “Baza da tamamilə dağılıb. Belə görünür ki, mən işsiz qaldım.”

Meksika Çimərliyinin mindən çox sakini Cozef Branla eyni vəziyyətdədir - evlərinə qayıdıb küləyin hər şeyi apardığını görür. Marla Vud: “Biz bu evi iki ilə yaxındır almışdıq və mən bu sahili çox sevirəm. Bura, necə deyərlər, Allaha yaxın yerdir, burada hər şey var.”

Marla Vud ailəsinin istirahət evini itirib. İndi bu tavanı olmayan, dağılmış evin sahiblərinə buranı yenidən bərpa etmək üçün uzun zaman gərək olacaq. Marla deyir ki, bütün şəhər sakinlərini oxşar aqibət gözləyir. “Su qülləsi uçub, yəqin ki, burada uzun müddət su olmayacaq. Fikrimcə burada uzun müddət yaşayan olmayacaq.”

Lakin bütün bu çətinliklərin ucunda bir ümid işığı var. Skot Kollins: “Mən buranı çox sevirəm. Burada günəşin batması da gözəldir. Dünyanın ən yaxşı balıqları Meksika Körfəzindədir.”

Buranın sakinləri Maykl qasırğasının Meksika Çimərliyini həmişəlik dəyişdiyini desə də, bəziləri faciənin onları bərpa işlərinə daha da həvəsləndirdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG