Accessibility links

ABŞ-ın müdafiə naziri Qətərə gözlənilməz səfər edib. Cim Mattis Qətərin əmiri və müdafiə naziri ilə müzakirələr keçirib.

ABŞ-ın Yaxın Şərqədki ən böyük bazası olan Əl-Udeyd hava bazasına Mattis Qətən əmiri Şeyx Tamim Bin Həməd Əl-Taninin şərtsiz dialoq çağırışından sonra gedib. Bu çağırışı əmir BMT-nin baş Assambleyasındakı toplantısında edib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Əfqanıstana dəstəyi davam etdirməklə bağlı təəhhüdünə sadiq qaldığını bir daha təsdiq etmək məqsədilə Əfqanıstana səfər edib. Pentaqon rəhbəri habelə ABŞ-ın başçılığı ilə müharibəyə dair dəyişikliklər edilmiş planı açıqlayacaq.

Mattis Əfqanıstan prezidenti Əşrəf Qani və NATO-nun baş katib Cens Stoltenberqlə birgə mətbuat konfransında ABŞ və alyans üzvlərinin Əfqanıstanın beynəlxalq terrorçuların sığınacağına çevrilməməsi üçün səyləri ilə bağlı vahid yanaşmadan danışıb.

Mattisin Kabil hava limanına enməsindən bir neçə saat sonra raket hücumu 5 nəfərin yaralanmasına səbəb olub. Hücumun məsuliyyətini həm Taliban, həm də İslam Dövləti qrupu üzərinə götürüb.

Həmin vaxt Mattis hava limanından uzaqda olub.

Kabil ABŞ müdafiə nazirinin Cənubi Asiya ölkələrinə səfərinin ikinci dayanacağıdır. Bundan öncə o, Dehlidə Hindistan rəsmilərilə danışıqlar aparıb.

ABŞ-ın Əfqanıstanla bağlı planında Taliban üsyançılarına qarşı mübarizədə Hindistan da daxil olmaqla, regional oyunçulara daha geniş rol verilməsi nəzərdə tutulur.

Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətəri şiə İranı və fundamentalist islamçı qruplara əlaqələsi olmaqda ittiham etdikdən sonra, Qətərlə bütün əlaqələri kəsib.

Qətər liderləri ittihamları rədd edir.

XS
SM
MD
LG