Accessibility links

Qaxda əlil avtomobilini yandırıb [Video]


Yanan avtomobil
Yanan avtomobil

O, yol hərəkəti qaydalarını pozduğuna görə cəriməni ödəyə bilməməsinə etiraz edib

Dekabrın 13-ü Qax rayonunda (Bakıdan 402 kilometr şimal-qərb) birinci qrup əlil Bəxtiyar Bayramov öz şəxsi avtomobilini yandırıb.

Bu barədə Turana Bəxtiyar Bayramovun özü məlumat verib.

O, avtomobilini yandırmasını yol hərəkəti qaydalarını pozduğuna görə cəriməsinin olması və bunu ödəyə bilməməsi ilə izah edib.

“Yol polisi maşınımı 400 manat cərimə etmişdi. Mən də bu pulu ödəyə bilmirdim. Qarabağ əliliyəm, heç yerdə işləmirəm, gözümü yalnız bu maşına dikmişdim. Nəhayət, iş gedib çıxdı Qax Rayon Məhkəməsinə. Orada bəlli oldu ki, həmin cərimənin üstünə 240 manat da gəlib. Məhkəmə noyabrın 8-də cərimənin ictimai işlə əvəz edilməsi haqqında qərar verdi. Ancaq qərar yerinə yetirilməmiş qaldı”.

B.Bayramov deyir ki, nəticədə bütün bunlara cavab olaraq avtomobilini yandırıb.

Məsələyə hələlik Qax rayonu hüquq-mühafizə orqanları münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG