Accessibility links

Qusarda qayaya dırmanma kubokunun keçirilməsinə imkan verilmir


Qayaya dırmanma idmanı
Qayaya dırmanma idmanı

İdmançıların ipləri qayalardan qoparılıb, qarşıları kəsilib

Dekabrın 14-15-də Azərbaycanın Qusar rayonunun Laza kəndinin (Bakıdan 180 kilometr şimal) yaxınlığında Alpinizm Federasiyasının draytulinq - ləvazimatdan istifadə etməklə qayalara dırmanma - üzrə kubok yarışı olacaq. Lakin son anda bir qrup şəxs yarışın keçirilıməsinə mane olub. Bu barədə Amerikanın Səsinə Alpinizmi Federasiyasından daxil olan məlumatda deyilir.

Federasiyanın məlumatında deyilir ki, son iki gündə idmançılar trassı hazırlayıblar – ipləri asıblar və qayanı təhlkəli daşlardan təmizləyiblər.

“Lakin dekabrın 14-də gecə kimsə ipləri kəsib. Bu, açıq şəkildə sabotajdır, yarışı pozmaq və idmançıların həyatına təhlükə yaratmaqdır”, xəbərdə qeyd edilir.

Bu gün səhər yarış keçirilən yerə naməlum şəxslərin olduğu 10 avtomobil gəlib. Onlar alpinistlərin qarşısını kəsərək qayalara buraxmaq istəməyiblər. Son anda yarışın keçirilməsini istəməyənlərdən biri Gənclər və İdman Nazirlıiyinin nümayəndəsi olduğunu bildirib. Lakin həmin şəxs kimliyini, vəzifəsini və bunların nə üçün edildiyini izah etməyib.
Şənbə günü olduğundan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən baş verənlərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Hazırda gərginlik davam edir.

Alpinizm Federasiyasının qayalara dırmanma - üzrə kubok yarışında Azərbaycan, Gürcüstan və Makedoniyadan idmançılar iştirak edir. Yarış UİAA Beynəlxalq Alpinizm Federasiyasının egidası altında keşirlir.. Hazırda federasiyanın nümayəndəsi Aleksandr Klenov hadisə yerindədir.
XS
SM
MD
LG