Accessibility links

İsrail Həmasa qarşı hava hücumlarını davam etdirir [Fotoqalereya]


İsrail hərbi qüvvələri Qəzzanın şimal bölgəsinin on minlərlə sakininə İsrail ərazisini raket atəşinə tutan Həmas yaraqlılarına qarşı hava hücumları kampaniyasının davam etdiyi müddətə evlərini tərk etmələri barədə xəbərdarlıq edib.

Bu gün səhər tezdən İsrailin hərbi təyyarələri Həmas lideri Mahmud Zəharinin evi də daxil olmaqla, onlarla hədəfi nişan alıb. İsrailin Müdafiə Qüvvələri ərazini təcili surətdə tərk etməyən sakinlərin özləri və ailə üzvlərini təhlükəyə atdıqlarını bildirib.

Həmas rəsmiləri isə bunu "psixoloji müharibə" adlandıraraq, sakinləri İsrailin xəbərdarlıqlarına məhəl qoymamağa çağırır.

İsrailin çərşənbə günü keçirdiyi hava hücumları zamanı azı 3 nəfərin öldüyü, reabilitasiya xəstəxanası da daxil edilməklə, bir neçə obyektin xəsarət aldığı deyilir.

Fələstinin səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin keçən həftədən bəri Həmasa qarşı həyata keçirdiyi hava əməliyyatları azı 204 nəfərin ölümünə səbəb olub.

The airstrikes Wednesday have killed at least three people and caused damage to several sites, including a rehabilitation hospital.

XS
SM
MD
LG