Accessibility links

Qazaxıstan rəsmiləri terror hücumunun qarşısını aldıqlarını deyirlər


Qazaxıstan rəsmiləri ötən şənbə günü iri ticarət şəhəri Almatıda terror planının qarşısını aldıqlarını deyirlər. Baş Proqkurorluq sui-qəsdin üstünü necə açdıqları barədə çox təfsilata varmayıb. Prokurorluq insidentə görə ölkədən qaçmış banker Muxtar Ablyazovla əlaqədar qüvvələri ittiham edib.

Terrorçuluqda ittiham olunan qüvvələrin partlayıcı qurğuları şəhərin parklarında və dövlət binalarında quraşdırıldığı deyilir. Prokurorlar sui-qəsdin ictimayyəti təşvişə salmaq, hərc-mərclik və panika yaratmaq, sosial-siyasi sabitliyi pozmaq məqsədi daşıdığını deyib. Ablyazov Qazaxıstanın uzun müddətli prezidenti Nursultan Nazarbayevin siyasi rəqibidir. O, səlahiyyətlərindən sui-istifadədə ittiham edildikdən sonra 2009-cu ildə Londona qaçıb.

XS
SM
MD
LG