Accessibility links

Qazaxıstan Qırğızıstana 10 milyon dollarlıq yardım ayırıb


Yardım Qırğızıstanda elektrik stansiyası üçün yanacaq və inşaat materiallarının alınmasına sərf olunacaq

Qazaxıstan qonşu Qırğızıstana elektrik stansiyası üçün yanacaq və inşaat materialları almaq məqsədi ilə 10 milyon dollar yardım verəcəyini bildirir. Bu açıqlamanı bu gün ATƏT-in Almatı sammiti zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev verib. Dünən ATƏT ölkənin cənubunda etnik zorakılıqların qarşısını almağa yardım məqsədilə Qırğızıstana 52 polis zabitinin göndərilməsi barədə razılığa gəlmişdi. Ancaq zabitlərin nə zaman göndəriləcəyinə dair vaxt göstərilməyib. Qeyd edək ki, 2000 nəfərin ölümü, 400 min insanın evindən didərgin düşməsilə nəticələnən etnik qırğızlarla özbəklər arasında baş vermiş zorakılıqlardan bir sonra hələ də regionda vəziyyət gərgin olaraq qalır.

XS
SM
MD
LG