Həftəsonu Mosulun qərb bölgəsində yerləşən İŞİD-ə aid silah anbarları İraq federal polislərinin idarə etdiyi dronlar tərəfindən məhv edilib. Video görüntülər göstərir ki, Tammuzu tərk etmək məcburiyyətdə qalan ailələr fevraldan bu yana ərazidən köçmüş yüzminlərlə insanın yanına yerləşib. İŞİD döyüşçüləri sivillərin arasına qarışaraq onlardan canlı qalxan kimi istifadə etməyə çalışır.
İŞİD hökümət əsgərlərinin irəliləməsinin qarşısını almaq üçün canlı bombalardan istifadə edir. Hətta bir İraq əsgəri buldozeri partlamaq istəyən bir intiharçı bombanın zərərsizləşdirə bilib.
İŞİD hələ də küçələrin darlığı səbəbindən vuruşmağın çətin olduğu Qədim Şəhər də daxil olmaqla 8 kvadrat kilometr əraziyə nəzarət edir. Lakin, Birləşmiş Millətlərin İraqdakı xüsusi nümayəndəsinin bildirdiyinə görə, bazar ertəsi BMT-nin Təhlükəsizlik Şurası Mosulu işğaldan təmamilə azad edəcək.
Bu hərbi qələbə İraq vətəndaşları üçün çox çətin və keşməkeşli oldu. Keçən ilin oktyabrından başlayan hərbi əməliyyatlar səbəbindən təxminən 660 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bunun da yarım milyona yaxını Qərbi Mosulda yaşayan insanlardır.