Accessibility links

Qeyri-adi rəng sezimi - Tetroxromatiya


Qeyri-adi rəng sezimi - Tetroxromatiya
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Xameleon və krevet kimi bəzi heyvanlar rənglərin çalarlarını insanlardan daha yaxşı görür. Lakin bəzi insanlarda da buna rast gəlmək mümkündür. Bu, tetroxromatiya adlanır. San Dieqodan rəssam Konçetta Antiko belə nadir insanlardan biridir.

Konçetta Antiko rəssamlığa uşaqlıqdan başlayıb. O, rəngləri çox sevdiyini, yaşıl, çəhrayı və mavi rəngləri kətan lövhədə görmək istədiyini deyir.

Lakin o, rənglərin müxtəlif çalarlarını sezdiyini illərdən sonra başa düşüb. Onun gördüyü rəngləri bir çox insan görə bilmir.

Antiko tetroxromatiya adlanan görmə qabiliyyətinə malik olduğunu 2012-ci ildə öyrənir. Bu, onda 4-cü konus sinfinə məxsus rəng görmə qabiliyyəridir. Bu isə o deməkdir ki, o, milyonlarla rəng mutasiyasını görə bilir.

"Qaya üzərində çəhrayı və ya su üzərində bənövşəyi gördükdə onların bu rəng olduqlarına inanırsınız. Amma mənim sənətim planetimizin əsl rənglərinə bir pəncərədir."

Kaliforniyalı alim Kimberli Ceymson insanların rənglə bağlı idrakını araşdırır. Onun dediyinə görə, tetroxromasiya əsasən hind-avropa qadınlarında müşahidə edilir.

"Koncettanın vəziyyətinə gəldikdə, onun niyə istisna təşkil etdiyini soruşsanız bir şeyə inanırıq ki, onun 7 yaşında rəsm çəkməyə başlamasını ekstra qabiliyyətlə izah edə bilərik. Bu, onu həyatda rəngləri müəyyən edə bilməyənlərdən fərqləndirir."

Genetik mutasiyanın nəyə görə baş verdiyi hələ də məlum deyil.

Ceymson deyir ki, əlavə çalarlar görmək birbaşa sağ qalma cəhdi ilə bağlıdır. Meymunlar taylarının qəzəbini dəri rəngləri ilə müəyyən edir. Primitiv tayfalarda qadınlar meyvələri al rənglərinə görə seçir. Bu meyvələr adətən şəkərlə bol olur.

"Yaşlıların, xəstələrin dərilərinə baxdıqda dərinin dəyişdiyini görmək olur. Beləliklə onların xəstə və ya ölüm ayağında olduğunu söyləmək mümkündür. Rənglər fərqli olur. Mən uşaqlarımın xəstəliyini və ya hərarətini dəriləri ilə müəyyən edirəm. Çünki rənglər dəyişir" - deyə, Konçetto bildirir.

Ceymson bu qabiliyyətin bu gün sağ qalma ilə əlaqəsi olmadığını və bunun bəzi insanların genomu ilə bağlı olduğunu deyir. Antikonun bu qeyri-adi qabiliyyəti dünyanın əsl rənglərinin insanlara sanki vizual tərciməsidir.

XS
SM
MD
LG