Accessibility links

"Kapitalbank”ın inkassator maşını aşıb


logoof Kapital Bank
logoof Kapital Bank

Avtomobil Bakıdan Biləsuvar rayonuna pul aparırmış

"Kapitalbank”a məxsus inkassator maşını aşıb.

Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən (Bakıdan 40 kilometr cənub-qərb) keçən hissəsində “Kapitalbank”a məxsus inkassator maşınının qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Amerikanın Səsinə verilən məlumata görə Kapitalbank”a məxsus inkassator maşını yoldan çıxaraq aşıb.

Öz növbəsində "Kapital Bank" ASC-nin mətbuat xidmətindən faktı təsdqiləyərək, bildirilib ki, avtomobildə olan pul vəsaitlərinin təhlükəsizliyi təmin edilib.

Hadisə nəticəsində avtomobildə olan şəxslərdən biri ölüb, ikisi isə yaralanıb. Onlardan biri "Kapital Bank"ın Nağd vəsaitlərin idarə edilməsi departamentinin Mərkəzi kassasının baş kassiri, xəsarət alanlar isə Təhlükəsizlik departamentinin İnkassasiya xidmətinin böyük inkassatoru və sürücü inkassatorlardır.

Avtomobil Bakıdan Biləsuvar rayonuna pul vəsaiti aparırmış.

Faktla bağlı araşdırmalara başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG