Accessibility links

Avtobus idarəetməni itirərək aşıb


Avtobus qəzası
Avtobus qəzası

Nəticədə 2 nəfər ölüb

Bu gün səhər saatlarında 148 saylı sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Hadisə Sabunçu rayonunda tikilməkdə olan Olimpiya Stadionunun qarşısında baş verib.

Avtobus idarəetməni itirərək aşıb. Avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov həlak olub.

6 nəfər zərərçəkən 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Zərərçəkənlərdən biri hadisə yerində ölüb.

Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG