Accessibility links

Rusiyada təyyarə qəzasında bir Azərbaycan vətəndaşı ölüb


Rusiyada Moskva-Orsk reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycanın Yevlax rayon sakini Namiq Qəhrəmanov həlak olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadır.

Fevralın 11-də Moskvanın "Domodedovo" hava limanından Orska uçan təyyarə qəzaya uğrayıb. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin hamısnın qəza nəticəsində öldüyünü bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG