İspaniya humanitar qeyri-hökümət təşkilatına məxsus gəmi Aralıq dənizini keçmək üçün həyatlarını təhlükəyə atan 391 mühaciri xilas edib.
Proactiva Açıq Əllər yardım təşkilatının sözçüsü Laura Lanuza deyib ki, onlara məxsus Golfo Azzuro gəmisi şənbə günü Liviya sahillərinə yaxın beynəlxalq sularada qarşısı alınan iki qaçaqçı gəmidən 243 mühaciri öz göyərtəsinə götürüb.
Lanuza bildirib ki, mühacirlər arasında bir körpə, bir hamilə qadın və bir neçə uşaq olub.
Gəmi əlavə olaraq, İtaliya sahil mühafizəsi gəmisinə təhvil verdiyi 148 mühaciri də xilas edib.
Liviyada qanunsuzluğun mövcud olması qaçaqçılara mühacirləri və qaçqınları köçürmək işi ilə məşğul olmasına şərait yaradıb. Son illər ərzində insanları dənizdən keçirməyi təklif edən minlərlə gəmi peyda olub.