Accessibility links

Qidalardakı saxta maddələri müəyyən edən lazer cihaz [Video]


Qidalardakı saxta maddələri müəyyən edən lazer cihaz
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Qida saxtakarlığı hər il qida və içki sektoruna təxminə 30 milyard ziyan vurur. Qida fırıldağı qida məhsullarının iqtisadi mənfəət üçün qəsdən dəyişdirilməsi və ya yanlış təsviridir. Buna heç bir təhlükəsi olmayan tərkibinə su qatılmış zeytun yağı satmaqdan tutmuş düyünü nişasta və ya plastik kimi məhsullarla əvəzləmək kimi təhlükəli əməllər daxildir. Lakin İtaliyada inkişaf etdirilən yeni lazer testi qidalarda edilən hiyləni inanılmaz dəqiqliklə müəyyən edə bilir.

Lazer şüa nümunəyə dəyir və onunla qarşılıqlı əlaqə yaradır. Bu lazer digər adi mənbələrlə müqayisədə daha selektivdir və bu, bizə saxta molekulları yüksək dəqiqliklə müəyyən etməyə imkan yaradır.
Lazer Puiu

Meyvə suları və zeytun yağlarından tutmuş spirtli içkilər və düzgün qablaşdırılmayan tuna balığına kimi bir çox məhsulda saxtakarlıq olunur.

İtaliyalı tədqiqatçılar saxta qidaları o an müəyyən edən cihaz yaradıb.

“Bu prototipin məqsədi təbii və ya süni proseslərin səbəb olduğu dəyişklikləri müəyyən etməkdir. Məsələn, bu dəyişikliklərə zeytun yağında aşağı keyfiyyətli yağlar, spirtli içkilərdə metanol, meyvə sularında etiketlərində qeyd olunmayan şəkər və süni şirinləndirici maddələr və balıq məhsullarında histamin daxildir,” deyə Frascati ENEA Araşdırma Mərkəzindən Adriana Puiu söyləyir.

Testdə lazer fotoakustik spektroskopiya texnolgiyasından istifadə olunur. Lazer şərab, zeytun yağı və hətta tunadan keçir və nümunədəki bütün kimyəvi maddələri müəyyən edir.

“Lazer şüa nümunəyə dəyir və onunla qarşılıqlı əlaqə yaradır. Bu lazer digər adi mənbələrlə müqayisədə daha selektivdir və bu, bizə saxta molekulları yüksək dəqiqliklə müəyyən etməyə imkan yaradır,” Puiu deyir.

Zeytun yağı
Zeytun yağı

Bütün yeni texnologiyalar kimi, bu cihaz da hələ ki, tamamilə praktik deyil. Amma komanda onun üzərində işləyir və onların məqsədi test lazerinin portativ versiyasını hazırlamaqdır.

“Bizim məqsədimiz portativ sistem hazırlamaqdır ki, rəsmilər cihazı marketə aparıb, oradakı balıqları yoxlaya bilsinlər. Əgər sistem siqnal versə, rəsmilər bir nümunə götürüb, laboratoriyaya göndərəcəklər və həmin nümunə orada bahalı, çətin və vaxt alan proses vasitəsilə analiz olunacaq,” deyə ENEA-nın Diaqnostika və Metrologiya Laboratoriyasından Luka Fiorani bildirir.

Tədqiqatçılar deyir ki, cihazın portativ versiyası üç il sonra hazır olacaq.

XS
SM
MD
LG