Qırğızıstan hökuməti “Kumtor” qızıl mədəni ətrafında nümayişçilər və polis işçiləri arasında toqquşmadan sonra ölkədə fövqəladə vəziyyət elan edib.
Bir neçə gün sürən etiraz nümayişlərindən sonra polis işçiləri cümə günü mədənə gedən yolu bağlayan nümayişçiləri dağıdıb. Baş nazir Jantoro Satılbaydiyevin sözlərinə görə, 92 nəfər həbs edilib.
Polisin mədəni elektriklər təmin edən stansiyasını ələ keçirmək istəyən etirazçı kənd sakinlərinə qarşı gözyşardıcı qazdan istifadə edib. Toqquşmalar zamanı bir neçə nümayişçinin xəsarət aldığı bildirilir.
Çərşənbə günü yerli sakinlər “Kumtor”a gedən yolu bağlayaraq, hökumət mədəni icarəyə götümrüş Kanadaya məxsusu Centerra Gold şirkəti ilə müqaviləni ləğv etmədiyi halda, mədənə tərəf hərəkət edəcəkləri il hədələmişdilər.
Qırğızıstan prezidenti Almazbek Atambayev İssık-Gül vilayətinin Ceri-Oöuz rayonunda iyun ayının 10-a qədər fövqəladə vəziyyət elan edib.
Tyan-Şan dağlarında yerləşən “Kumtor” ölkədə ən böyük qızıl yatağıdır və Qırğıztan iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir.
Yerli sakinlər Centerra Gold şirkətinə qarşı yolların salınması, bağça tikilməsindən tutmuş, su çəkilməsi və mədəndə iş yerləri il təmin olunmağa qədər bir sıra tələblər irəli sürüblər.