Accessibility links

Gizadakı ən qədim piramidalar yaxınlığında təhlükəsizlik avtomobili atəşə tutulub


Misirin Qizadakı ən qədim piramidaları yaxınlığında yaraqlılar təhlükəsizlik avtomobilini atəşə tutub. Nəticədə 5 polis işçisi həlak olub.

Hadisə Əbusir kəndində səhər tezdən baş verib. Öldürülən polis işçiləri bu məşhur turist ərazinin mühafizəsi missiyasına daxil idi. Bu ərazidə məqbələr, məzarlıq və məbədlər, habelə 90 əhram yerləşir.

Hadisə yeri mühasirəyə alınıb. Hücumdan sonra əraziyə çoxsaylı təcili yardım maşınları axışıb.

Hücumçular öldürdükləri polis işçilərinin silahları və radiolarını ələ keçirib, cəsədləri yandırmağa cəhd edib. Yaxındakı insanların toplaşması ilə onlar hadisə yerindən qaçmalı olub.

Daxili İşlər Nazirliyinin bəyanatında hücumçuların pulemyotdan istidə etdiyi bildirilib.

Daha əvvəlki məlumatda hücumçuların maskada olduğu bildirilmidi.

Hücumun məsuliyyətini hələ ki, heç kim üzərinə almayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG