Əfqanıstanın cənub Qəndəhar bölgəsində üçüncü gündür aksiyalar davam edir. Amerikanın radikal keşişinin Quranı yardırmasına etiraz olaraq keçirilən nümayiş zamanı 2 adam həlak olub, 18 nəfər yaralanıb. Yaralanmalara səbəb qaz kanistrinin alovlanaraq partlaması olub.
Dünən Qəndəharda 10 nəfər ölüb, 83 adam yaralanmışdı. Cümə günü bir qrup adam BMT-nin Məzari-Şərifdəki qərargahına hücum edərək, 7 xarici işçisi öldürmüşdü. Etirazlar mart ayının 20-də Florida ştatındakı kiçik bir kilsədə Quranın yardırılmasına görə baş qaldırıb.
ABŞ prezidenti Barak Obama Quran da daxil edilməklə, müqəddəs kitabların təhqirinin dözülməz bir hal və fanatizm olduğunu deyib.