Accessibility links

Amerikanın "Sıfır tolerantlıq" siyasəti [Video]


Amerikanın "Sıfır tolerantlıq" siyasəti
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Qvatemalandan olan Eni Qonzales Birləşmiş Ştatlar sərhədini qeyri-qanuni keçdiyi üçün onu uşaqlarından ayırıblar. Amerikanın Səsini qanuni maneələri aşaraq, uşaqlarına qovuşmaq istəyən ananın taleyi maraqlandırıb.

Birləşmiş Ştatlar immiqrasiya orqanlarının nəzarətində 43 gün qalan Eni Qonzales zaminə buraxılıb. O, Birləşmiş Ştatların cənub sərhədini qeyri-qanuni keçdiyi üçün 3 uşağından ayrılmalı olub.

Arizona ştatının Eloy şəhərinin həbsxanasından çıxandan sonra o, Amerikanın Səsi ilə söhbət edib. “Mən uşaqlarımı axtaracağam. Mənim üçün çox çətin idi. Ürəyimin parçalandığını hiss edirdim. Uşaqlarımı mənim əllərimdən qopardılar.”

Eni Qonzales 5 həftə uşaqlarının göndərildiyi Nyu-Yorkdan 3 min 800 km uzaqda, miqrantların həbsxanasında saxlanıb. Eni çox narahat idi. “Mən onlardan zəng etmək üçün xahiş etdim. Lakin onlar “yox” dedi. Mən onlara uşaqlarımdan xəbər tutmaq istədiyimi dedim. Lakin mənə Qvatemalaya deportasiya olunacağımı, uşaqlarımın isə bu hökumətin əlində qalacağını dedilər.”

Amerikanın Səsinə müsahibəsində Eni uşaqlarını ondan ayıracaq “sıfır tolerantlıq” siyasətindən xəbəri olmadığını deyib. O deyib ki, bilsəydi, uşaqlarını buraya gətirməzdi.

Eninin uşaqları hazırda Nyu-Yorkdakı Kayuqa mərkəzində saxlanır. İanələr sayəsində Eni zaminə buraxıldı. Eninin vəkili Hose Oreçina: “İanələri Nyu-York şəhərindən bəzi analar və ailələr toplayıb. Allaha şükür ki, onlar mənə 7 min 500 dollar zəmanət verdikləri barədə mesaj göndərdilər.”

Eninin həbsdən çıxması birinci xanım Melaniya Trampın Arizona ştatının Tuson şəhərindəki Miqrasiya Mərkəzində ziyarəti ilə eyni zamana təsadüf edib. Melaniya Tramp sənədsiz ailələrin vəziyyəti və rəsmilərin bununla bağlı fəaliyyətini yaxından izləyir. “Mən buraya uşaqlar və ailələrə əlimdən gələn dəstəyi və yardımı etmək üçün gəlmişəm” deyə, melaniya Tramp bildirir.

Səhiyyə və ictimai xidmətlər naziri Aleks Azar Tramp administrasiyasının ailələri qovuşduracağını deyir. “Onlar valideynləri və digər ailə üzvlərinə qovuşacaq. Amma əllbəttə ki, Konqresin və bizim məhkəmələrin qanunlarına görə, valideyn həbsdə olduğu müddətdə uşaq ona qovuşa bilməz.”

Eni Qonzales isə uşaqlarını tezliklə ağuşuna alacağını səbirsizliklə gözləyir.

XS
SM
MD
LG