Accessibility links

Mixail Qorbaçov: "Rusiyada “perestroyka” bərpa edilməlidir"


Mixail Qorbaçov hesab edir ki, Rusiyada “yenidənqurma” bərpa edilməlidir. SSRİ-nin eks-prezidenti deyib ki, siyasət elə bir nöqtəyə çatıb ki, o, yalnız imitasiya edilir. Onun sözlərinə görə, Rusiyada imitasiya edilmiş deyil, əsl seçkilərə ehtiyac var.

Lakin Qorbaçovun fikri ilə hakim Vahid Rusiya Partiyası razı deyil. Partiyanın Ali Şurasının rəhbəri Sergey Neverov deyib ki, Qorbaçov artıq bir dəfə “perestroyka” edib. “Nəticədə biz ölkəmizi itirmişik”-deyə o əlavə edib.

Bundan əvvəl The Wall Street Journal-a müsahibəsi zamanı SSRİ-nin eks-prezidenti demişdi ki, Kremlin avtoritar siyasətçilik adəti təhlükəli hal alıb.
XS
SM
MD
LG