Accessibility links

Qəbələ və Oğuzda qoruq ərazilərində yanğın başlayıb


Yanğın
Yanğın

Yanğınlar 4 hektar ərazini əhatə edir

Qəbələ (Bakıdan 195 kilometr şimal-qərb)və Oğuz rayonlarında (Bakıdan 279 kilometr şimal-qərb) qoruq ərazilərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Qəbələ rayonu, Tikanlı kəndində (rayon mərkəzindən 8 km aralı) "Şahdağ" Milli Qoruğunun ərazisində 3 hektar sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır. Yanğın texnikalarının həmin ərazilərə cəlb olunması qeyri-mümkündür və bu səbəbdən yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 nəfər əməkdaşı, 10 nəfər milli qoruğun əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Nazirliyin digər məlumatında isə deyilir ki, Oğuz rayonu, Xaçmaz kəndində Oğuz Milli Parkının dağlıq ərazisində 1 hektar sahədə qurumuş ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 nəfər əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçiləri və 10 nəfər kənd əhalisi iştirak edir. Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əl vasitəsi ilə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

XS
SM
MD
LG