Accessibility links

Belarus Bakiyevin təhvil verilməsini nəzərdən keçirir


Belarus devrilmiş Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin təhvil verilməsi barədə rəsmi ekstradisiya müraciəti alıb.

Belarus devrilmiş Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin təhvil verilməsi barədə rəsmi ekstradisiya müraciəti alıb. Belarus baş prokurorluq idarəsinin sözçüsü idarənin Qırğızıstanın tələbini nəzərdən keçirir. Cənab Bakiyev aprelin 7-də 85 nəfərin ölümü ilə nəticələnən nümayişlər zamanı hakimiyyətdən devrildikdən sonra Belarusa qaçmışdır. Qırğızıstanın müvəqqəti hökuməti cənab Bakiyevi kütləvi qətliyamda ittiham edərək, onu təhlükəsizlik qüvvələrinin hakimiyyət əleyhinə çixan qiyamçılara atəş açmasına əmr verməkdə günahlandırıb. Müvəqqəti hökumət cənab Bakiyevin möhkəm dayağı hesab edilən cənubi Qırğızıstanda sabitliyi bərqərar etməkdə çətinliklə üzləşir. Müvəqqəti hökumətin qadağan saatı elan etməsindən bir gün sonra cümə axşamı qəzəbli nümayişçilər Cənubi Qırğızıstanda iki rəsmiyə hücum edib.

XS
SM
MD
LG