Şahidlərin dediyinə görə, bu gün dördüncü gündür ki, Qırğızıstanın cənubunda etnik zəmində zorakılıqlar davam edir. Rəsmilər zorakılıqlar nəticəsində artıq 118 nəfərin öldüyünü, 1600 nəfərdən çoxunun yaralandığını deyirlər. Qırğızıstandakı özbək icmasının başçısı Zahaliddin Salahuddinov isə ölənlərin daha çox olduğunu deyib. Associated Press-ə verdiyi müsahibədə cənab Salahuddinov 200-dən çox özbəyin qətlə yetirildiyini deyib. Qırğızıstanın müvəqqəti hökuməti Oş və Cəlalabad şəhərlərinə əlavə hərbi qüvvə göndəriləcəyini bildirib. Hökumət təhlükəsizlik qüvvələrinə atəş açmaq ixtiyarı verib.
Rusiyanın müvəqqəti hökumətin başçısı Roza Otumbayevanın yardım barədə müraciətinə mənfi cavab vermiş, lakin Qırğızıstandakı hərbi hava bazasına nəzarəti artırmaq məqsədi ilə oraya yarı-hərbi qüvvə göndərmişdir.