Accessibility links

Qırğızıstanın cənubunda hökumətə qarşı nümayiş keçirilib


3000-ə yaxın anti-hökumət nümayişçi Qırğızıstanın cənubunda etiraz aksiyası keçirib. İzdiham ölümcül interetnik iğtişaşlara səhnə olan Oş şəhərində Bişkekdə mərkəzləşən müvəqqəti hökumətə etiraz edib. Nümayişçilər rəsmi Bişkekin tənqidçisi kimi tanınmış və vəzifədən çıxarıldığı haqda şayiələr dolaşan yerli mer Melis Mirzakmatova dəstək verib. Populyar mer nümayişdə iştirak edib. Müvəqqəti hökumətin təmsilçisi izdiahm tərəfindən təhqiramiz ifadələrə məruz qalıb. Aprel ayında sabiq prezident Kurmanbek Bakiyev devriləndən bəri yeni hökumət sabitliyi qoruyub saxlamağa çalışır. Qırğızıstanda parlament seçkiləri oktyabr 10-da keçiriləcək.

XS
SM
MD
LG