Accessibility links

Qırğızıstanın müvəqqəti hökumətinin başçısı Roza Otunbayeva prezident kimi and içdi


Onun prezidentlik müddəti 2011-ci ilin sonunadəkdir

Qırğızıstanın müvəqqəti hökumətinin başçısı Roza Otunbayeva bu gün keçmiş Sovet İttifaqının Orta Asiya respublikaları tarixində ilk qadın kimi prezidentliyə and içib. Onun andiçmə mərasimi ölkədə əhalinin səs çoxluğu ilə yeni konstitusiyaya səs verməsindən bir neçə gün sonra, Bişkekdəki konsert zalında təşkil edilmişdir. 2011-ci ilin sonunadək prezidentlik müddətində xanım Otunbayeva yeni konstitusiyaya riayət edilməsi və öklədə ilk dəfə yeni demokratik parlament yaradılmasına nəzarət edəcək. Parlament seçkiləri oktyabr ayının 10-a təyin edilib.

XS
SM
MD
LG