Accessibility links

Bakının səyyar kitab satıcısı [Audio-Müsahibə]


Qurban Məmmədli
Qurban Məmmədli

Ailəsinə yardım etmək üçün unikal ideyaya üz tutan Qurban Məmmədli Amerikanın Səsinə müsahibə verib.

Bakının səyyar kitab satıcısı
please wait

No media source currently available

0:00 0:05:57 0:00

Qurbanın ailə üzvü xərçəng xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən Qurban hər gün belində kitab dolu çantalarla küçədə insanlara yaxınlaşaraq, onlara kitab satır. Son günlərdə sosial şəbəkələrdə Qurbanın hekayəsi insanlar arasında böyük marağa səbəb olub və onlar Qurbana dəstək olmaq üçün kitablar alıb, bunu öz səhifələrində paylaşaraq başqalarını da dəstək olmağa həvəsləndirirlər.

Qurban Məmmədli
Qurban Məmmədli

Qurban Məmmədli artıq 4 ilə yaxındır Bakının küçələrində səyyar kitab satıcılığı ilə məşğuldur. 2 il öncə kitab mağazası açsa da, bir neçə ay sonra Vergilər Nazirliyindən gəlib, cərimə yazdıqlarına görə mağazanı bağlamağa məcbur olub.

Bir növ onları kitab almağa məcbur edirəm.

Onun sözlərinə görə səyyar satıcılığın kitab mağazasından üstünlüyü odur ki, "insanlar mağazaya girmək istəmir amma səyyar satanda özüm küçədə gəzən, parkda əyləşən insanlara yaxınlaşıb kitablar haqqında məlumat verirəm, maraqlarını cəlb edəcək mövzularda olan kitabları tövsiyə edirəm."

Oxucuların daha çox detektiv və sevgi romanlarına maraq göstərdiyini bildirən Qurban Məmmədli əlavə edir ki, bəzən hər hansı fəlsəfə kitabını onlara təklif edəndə insanların sərt reaksiyaları ilə qarşılaşır.

Bir oxucuya Ziqmund Freydin kitabını məsləhət görmüşdüm deyə kitabı üstümə tullayıb, kobud cavab vermişdi


Qurban Məmmədli bildirir ki, səyyar kitab satışına da polislər tərəfindən çətinliklər yaradılır. “Digər qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda küçədə bir şey satmaq istəyəndə həmin an polis başının üstünü kəsdirib pul istəyir.”

Bu günə qədər iki dəfə, hər biri 80 manat dəyərində olmaqla cərimələnən Qurban Məmmədli, bu cərimələrin heç birində səyyar satıcılıqla bağlı bir maddə olmadığını qeyd edir.

Hansı səbəbə cərimə yazdığımı soruşanda, özlərindən bir maddə tapıb, deyirdilər belədir, ödəməlisən.

Son illər ərzində ölkədəki iqtisadi böhran səbəbilə kitabların qiymətinin bahalaşdığını qeyd edən Qurban Məmmədli, bu səbəbdən kitab satışlarının da azaldığını vurğulayıb.

XS
SM
MD
LG