Accessibility links

Demokratların Milli Qurultayı işinə başlayır


Mişel Obama Demokratların Milli Qurultayının açılış mərasimində çıxış edəcək. ABŞ-ın birinci xanımı Barak Obamaya dəstəyini nümayiş etdirərək, onun Ağ Ev həyatından bəhs edəcək.

Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən tədbirdə Texasın San Antonio şəhərinin meri, ispan mənşəli Culian Kastro natiqlər arasında olacaq.

Sabiq ABŞ prezidenti Bill Klinton cənab Obamanın nominasiyasını təqdim edəcək. Prezident nominasiyasını rəsmən cümə axşamı qəbul edəcək.

Vitse-president Co Baydenlə bərabər Barak Obamanın nominasiyanı qəbul mərasimi 74 min nəfərlik şəhər stadionunda təşkil ediləcək.
XS
SM
MD
LG